Zelenski Baydenə hərbi yardım üçün təşəkkür edib
Zelenski Baydenə Rusiya Federasiyasının təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstək, azadlıq və öz gələcəklərini müstəqil müəyyən etmək hüququ uğrunda mübarizədə lider mövqeyinə, habelə Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə ardıcıl, sarsılmaz dəstəyə görə təşəkkür edib.
Zelenski ABŞ-ın əlavə 1 milyard dollarlıq yardım paketi təqdim etməsinin vacibliyini və vaxtında olduğunu qeyd edib.
Liderlər döyüş meydanındakı vəziyyəti, Ukraynanın müdafiə ehtiyaclarını və ərzaq təhlükəsizliyinə təhdidləri müzakirə ediblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


