"Kiyev Qərb silahlarının köməyi ilə Krımı qaytarmaq niyyətindədir" - Reznikov

   "Kiyev Qərb silahlarının köməyi ilə Krımı qaytarmaq niyyətindədir" -    Reznikov
  16 İyun 2022    Oxunub:1797
Müttəfiqlərin silahları Ukraynaya Rusiyanın işğal etdiyi əraziləri qaytarmağa kömək edəcək. O cümlədən Krım və Donbası. AzVision.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
- Biz bütün ərazilərimizi, o cümlədən Krımı azad etməyə hazırlaşırıq. Bu, Ukrayna üçün strateji məqsəddir. Çünki bura Ukrayna ərazisidir və biz addım-addım irəliləyəcəyik, - Reznikov deyib.

Eyni zamanda, nazir qeyd edib ki, Rusiya qüvvələrinə qarşı mübarizədə növbəti itkilərin qarşısını almaq üçün ilk addım yerlərdə vəziyyətin sabitləşdirilməsi olacaq.

Onun sözlərinə görə, ikinci mərhələ rus qoşunlarını fevralın 24-ə qədər olan mövqelərinə qaytarmaqdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Nazir  



Xəbər lenti