"Avropa İttifaqı Mehrini Azərbaycan ərazisi kimi göstərir" - Erməni mediası

   "Avropa İttifaqı Mehrini Azərbaycan ərazisi kimi göstərir" -    Erməni mediası
  16 İyun 2022    Oxunub:1609
Ermənistanda yeni xəritə qalmaqalı yaşanıb. AzVision.az xəbər verir ki, keçmiş deputat Anna Kostanyan artıq avropalıların da nəinki Qarabağın, Ermənistanın cənub hissəsinin belə Azərbaycana aid olduğunu qəbul etməsindən gileylənib.
Ermənilərin Mehri iddialarına faktlarla cavab - FOTOLAR
O sübut kimi Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorinin paylaşımını göstərib.

"Səfir Mehrini Ermənistansız, elə Ermənistanı da Qarabağsız təsvir edəndə, Avropa İttifaqının bayrağı altında olan Cənubi Qafqazı əks etdirən parça çantanı göstərəndə nə demək istəyib?

Bəs Avropa İttifaqı səfirinə Ermənistan və Qarabağ üçün bu həssas vəziyyətdə yekun, dəqiqləşdirilməmiş, müəyyən edilməmiş sərhədləri olan yarımçıq "bədii" xəritələri dərc etməyə kim icazə verib?", - eks-deputat gileylənib.

Sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu parça çantalar üzərində çap olunmuş xəritəyə hər kəs birmənalı yanaşmayıb. Bəziləri Mehrinin yerində göstərildiyini desələr də, əksəriyyət bunun əksini sübut edib.

"Əgər Mehri bizim xəritədə göstərilsəydi, Avropa İttifaqının rəngli bayrağı olan hissə Mehri istiqamətdə bitərdi. Ondan aşağıda bayraq görünürsə, deməli bu istiqamət digər qonşu ölkəyə aiddir və onun Naxçıvanla birləşməsini göstərir", - Aİ səfirinin təqdimatından qəzəblənən ermənilər yazıblar.

Hətta bəzi müxalif siyasi fəallar iddia ediblər ki, Aİ indidən erməni cəmiyyəti üçün subliminal mesajlar verməyə başlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mehri   Xəritə  



Xəbər lenti