Nikolayevə raket atılıb: Ölən və yaralananlar var- VİDEO

      Nikolayevə raket atılıb:    Ölən və yaralananlar var-    VİDEO
  17 İyun 2022    Oxunub:1020
Ukraynanın Nikolayev şəhərinə raket zərbələri endirilib. AzVision.az xəbər verir ki, bu barədə Nikolayev şəhərinin meri Aleksandr Senkeviç öz Telegram səhifəsində məlumat yayıb.
Ağac hündürlüyündə uçan helikopteri külə döndərdilər- VİDEO
"Bu gün səhər rus işğalçıları yenidən Nikolayevə raket zərbələri endirib. Yaşayış binalarına ziyan dəyib. Hadisə yerində xilasedicilər, həkimlər və kommunal xidmətlərin işçiləri çalışırlar. Hücumun fəsadları barədə bir müddət sonra məlumat verəcəyəm", - paylaşımda yazılıb.

Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim isə deyib ki, şəhərdə 4 çoxmərtəbəli yaşayış binası və bir infrastruktur obyekti raket zərbəsindən zərər görüb.

- Hazırda 1 nəfər ölməsi, 6 nəfərin ağır yaralanması barədə məlumat var. Onlardan biri uşaqdır. Xilasetmə işləri davam edir, - Kim deyib.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan Rusiya ordusu raketlərdən aktiv şəkildə istifadə edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Raket  



Xəbər lenti