Qara dənizdə daha bir rus gəmisi vurulub - VİDEO

   Qara dənizdə daha bir rus gəmisi vurulub -    VİDEO
  17 İyun 2022    Oxunub:1833
Ukrayna Ordusu Rusiyaya məxsus növbəti gəmini vurub. AzVision.azxəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının sədri Maksim Marçenko məlumat yayıb.
Batan "Moskva" kreyserinin real fotosu yayıldı
Bildirilir ki, Hərbi Dəniz Qüvvələri İlan adasında Rusiya Qara Dəniz Donanmasına məxsus “Vasili Bex” qoşqu gəmisini məhv edib.

"Bu səhər Qara dənizdə "Harpun" raketləri İlan adasına döyüş sursatı, silah, şəxsi heyət və "TOR" hava hücumundan müdafiə sistemini daşıya Qara Dəniz Donanmasının yedək gəmisi olan "Vasili Bex"i vurub. "Moskva" kreyserinin ekipajına salam deyin!", - Marçenko deyib.

Tural Tağıyev

AzVision.az




Teqlər:   Ukrayna   Rusiya   Gəmi  



Xəbər lenti