"Moldova Aİ üzvlüyünə namizəd ola bilər" - Makron

  "Moldova Aİ üzvlüyünə namizəd ola bilər" -    Makron
  17 İyun 2022    Oxunub:789
Moldova Avropa İttifaqı(Aİ) üzvlüyünə namizəd ola bilər. AzVision.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Makron: "Aİ Rusiyanı BMT-nin taxıl ixracı planını planını qəbul etməyə çağırır"
Bundan öncə isə Fransa lideri bəyan edib ki, Aİ Ukraynaya üzvlüyə namizəd statusu verməyə hazırdır. Onun sözlərinə görə, Kiyev normal vaxtlarda bu statusu ala bilməzdi, lakin hərbi əməliyyatlara görə onları yarı yolda qarşılamağa hazırdırlar.

- Ukraynanın cəsarəti həm də Moldovaya - onun kövrək qonşusu, separatçı hərəkatların da olduğu bir məkana siqnal göndərməyimizə imkan verir. O, həm də Aİ üzvlüyünə namizəd ola bilər, - Makron BFMTV-yə müsahibəsində deyib.

Xatırladaq ki, iyunun 17-də Avropa Komissiyası Ukraynaya, eləcə də Moldova və Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı qərar verməlidir. Namizəd statusunun verilməsi və ya ondan imtina ilə bağlı yekun qərarı Avropa Komissiyasının tövsiyəsi nəzərə alınmaqla, iyunun 23-24-də Brüsseldə keçiriləcək sammitdə Aİ-nin dövlət və hökumət başçıları qəbul edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Makron   Moldova  



Xəbər lenti