Məşhur fransız aktyor vəfat edib

   Məşhur fransız aktyor vəfat edib
  18 İyun 2022    Oxunub:1537
Fransalı aktyor Jan-Lui Trentinyan 92 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi onun həyat yoldaşına istinadən məlumat yayıb.

Aktyor bu gün səhər saatlarında Qar rayonundakı evində dünyasını dəyişib.

Qeyd edək ki, “Kişi və qadın”, “Məhəbbət”, “Ötüşmə”, “Allah qadını yaratdı” filmləri Jan-Lui Trentinyana məşhurluq qazandırıb.

AzVision.az


Teqlər:



Xəbər lenti