Ukrayna Rusiya ilə viza rejimi tətbiq edəcək

 Ukrayna  Rusiya ilə viza rejimi tətbiq edəcək
  18 İyun 2022    Oxunub:1464
Ukrayna 2022-ci il iyulun 1-dən Rusiya vətəndaşları üçün ölkəyə giriş üçün viza rejimi tətbiq edəcək.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda bildirib. “Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində Nazirlər Kabinetinə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişi rejiminə yenidən baxılması məsələsini işləyib hazırlamağı təklif etdim”, - Ukrayna dövlət başçısı qeyd edib.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti