"Ukraynanın Aİ-yə qəbulu onilliklər çəkə bilər" - CNN

         "Ukraynanın Aİ-yə qəbulu onilliklər çəkə bilər" -  CNN
  18 İyun 2022    Oxunub:1415
Rusiyanın müstəqil Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən dörd ay sonra Avropa İttifaqı Kiyevin quruma qoşulmasının vaxtı olmamadı barədə qərar verə bilər. AzVision.az xəbər verir ki, bu barədə CNN yazıb.
Avropa Komissiyası Ukraynaya namizəd statusunun verilməsini rəsmən tövsiyə etdi
"Əksər Avropa ölkələri Ukraynanı güclü şəkildə dəstəkləsələr də, və Zelenskiyə müharibə məsələlərində müxtəlif dərəcələrdə kömək etsələr də, onun istəyinin yerinə yetiriləcəyi qəti deyil", - müəllif qeyd edib.

Dərc edilən məqalədə o da qeyd edilir ki, müsbət qərar olduğu halda belə, Ukraynanın Avropa İttifaqına daxil olması onilliklər çəkə bilər.

"Siyasi və prosessual səbəblərə görə, ola bilər ki, Aİ sonda Kiyevin üzvlüyünün hələlik vaxtı olmaması barədə qərar versin. Hətta onlar Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Ukraynanın üzvlük məsələsinin nəzərdən keçirilməli olduğu fikri ilə razılaşsalar belə, məlum prosesin reallaşması üçün illər keçəcək. Hətta Ukraynanın üzvlüyü onilliklər sonra reallığa çevrilə bilər”, - məqalədə deyilir.

Xatırladaq ki, fevralın 28-də prezident Vladimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzalayıb.

İyunun 8-də Avropa Parlamenti Avropa İttifaqına Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edən qətnaməni dəstəkləyib. İyunun 17-də isə Avropa Komissiyası belə bir nəticəyə gəlib ki, Avropa Şurasına Ukraynaya Aİ-yə namizəd statusu verməyi tövsiyə edilə bilər.

Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı Avropa Şurasının qərarının iyunun 23-24-də qəbul ediləcəyi gözlənilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Avropa-İttifaqı  



Xəbər lenti