"Ruslarla birlikdə yaşamalıyıq" - Xaçaturyan

   "Ruslarla birlikdə yaşamalıyıq" -    Xaçaturyan
  18 İyun 2022    Oxunub:905
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Ermənistan-Rusiya münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə söz verib. AzVision.az xəbər verir ki, o, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
- Buna mən qərar verməmişəm. 200 il əvvəl və ondan da qabaq əcdadlarımız qərara gəldilər ki, biz birlikdə yaşamalıyıq, sadəcə inkişaf etmək üçün birgə səylərimizdən istifadə etməliyik... Əminəm ki, bundan sonra da əlaqələrimiz inkişaf edəcək, - Xaçaturyan deyib.

Prezidentin sözlərinə görə, bu, onun vətəndaş və şəxsiyyət kimi mövqeyidir və Ermənistan hökuməti də eyni şəkildə fəaliyyət göstərir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Rusiya   Putin  



Xəbər lenti