"Ruslar Ermənistanda yeni hərbi baza yerləşdirir" - Joğovurd

 "Ruslar Ermənistanda yeni hərbi baza yerləşdirir" -   Joğovurd
  18 İyun 2022    Oxunub:1335
Ermənistanda yeni Rusiya hərbi bazası yerləşdiriləcək. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. “Joğovurd” nəşri yazır ki, “Artıq Rusiya hərbi bazası Ermənistan ərazisində yeni bir məkanda peyda olacaq. Söhbət Berddən gedir. Burada rus qoşunlarının yerləşdirilməsi planlaşdırılır. Bununla bağlı müvafiq qərar hökumətin dünənki iclasında qəbul edilib".
Qeyd edilir ki, yeni əsasnamədə Rusiyanın Ermənistan Respublikası ərazisində yerləşən hərbi birləşmələrinin tərkibində hərbi bazanın dislokasiya məntəqələrinin ünvanlarında dəyişikliklər edilib.

"Bu məqsədlə Ermənistan və Rusiya protokol imzalayacaqlar ki, bu protokolun məqsədi rus hərbi birləşmələrinin tərkibində dəyişikliklər nəticəsində onların fəaliyyətinə şərait yaratmaqdır”, - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ermənistan   Hərbi-Baza  



Xəbər lenti