BMT: "Ukraynaya görə Yer üzündə cəhənnəm yaşanacaq"

      BMT:    "Ukraynaya görə Yer üzündə cəhənnəm yaşanacaq"
  18 İyun 2022    Oxunub:2144
BMT-nin ərzaq yardımı üzrə bölməsinin rəhbəri David Bizli yer üzündə cəhənnəmin yaşanacağına dair xəbərdarlıq edib. AzVision.az xəbər verir ki, bu bardə "The Guardian" nəşri məlumat yayıb.
Taxıl problemi necə həll olunacaq?
Efiopiyanın paytaxtı Əddis-Əbəbədə çıxış edən BMT rəsmisi qeyd edib ki, 2022-ci ildə ərzaq qiymətlərinin artması səbəbindən dünyanın bir çox ölkəsini etirazlar və iğtişaşlar bürüyəcək.

Onun sözlərinə görə, dünya Rusiya və Ukraynadan buğda ixracından asılı olan ölkələrdə sabitliyi poza biləcək qorxulu defisitlə üz-üzədir.

- Biz hətta Ukrayna böhranından əvvəl də COVID-19 və yanacağın bahalaşması səbəbindən görünməmiş qlobal ərzaq böhranı ilə üzləşmişdik. Sonra düşündük ki, bu durum daha da pisləşə bilməz. Lakin bu müharibə dağıdıcı idi, - Bizli gileylənib.

Nəşrin məlumatına görə, Ukrayna hər il 400 milyon insanı yedizdirə biləcək qida məhsulları ərsəyə gətirir. Ölkədə dünyada istehsal olunan günəbaxan yağının 42, qarğıdalının 16, buğdanın isə 9 faizi istehsal olunur. Somali buğdanı Ukrayna və Rusiyadan idxal edir, Misir isə taxılın 80%-ni bu iki ölkədən alır.

Bizli onu da vurğulayıb ki, koronavirus, iqlim və Ukrayna böhranı səbəbindən son beş ildə aclıqdan əziyyət çəkən insanların sayı 650 milyondan 810 milyona yüksəlib.
BMT rəsmisi həmçinin Ukraynanı ölkə limanlarında qalan taxılları çıxarmağa çağırıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   BMT   Ukrayna   Müharibə  



Xəbər lenti