Rus turistlər "Mir" kartından hansı ölkələrdə istifadə edə biləcək?

   Rus turistlər    "Mir" kartından    hansı ölkələrdə istifadə edə biləcək?
  18 İyun 2022    Oxunub:2212
"Mir" bank kartı turistlər arasında populyar olan 12 ölkədə qəbul edilə bilər.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Turizm Agentliyinin (Rosturizm) rəhbəri Zarina Doquzova deyib. O bildirib ki, hazırda agentliyin turizm departamentləri daha 7 yeni ölkədə "Mir" kartını tanıtmaq üçün işləyir:

"Yaxın gələcəkdə daha 5 ölkə ilə belə bir dialoqa başlamağı planlaşdırırıq. Yəni, "Mir" kartını qəbul etməyə başlaya biləcək potensial olaraq 12 yeni ölkəmiz var. Bütün bunlar məşhur turizm istiqamətləridir. Konkret ölkələrin adlarını hələ açıqlamayacam, lakin coğrafiya kifayət qədər genişdir: bunlar Asiya-Sakit Okean regionu, Latın Amerikası və Yaxın Şərq ölkələridir”, deyə Doquzova əlavə edib.

Qeyd edək ki, Ukraynaya hərbi müdaxilədən sonra “Visa” və “Mastercard” beynəlxalq təşkilatları Rusiyaya sanksiya tətbiq ediblər. Artıq bu beynəlxalq ödəniş sistemləri Rusiyada fəaliyyətini dayandırıb. Beynəlxalq kartlar olmadan isə rus turistlər getdikləri ölkədə onlayn alış -veriş edə bilmirlər. Ölkə daxilində ödənişləri həyata keçirmək üçün isə Rusiya Mərkəzi Bankının hazırladığı Milli Ödəniş Kartı Sisteminin (NSPK) "Mir" kartından istifadə edilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti