Seçin: "Avropanın “enerji intiharı”nın uzunmüddətli nəticələri olacaq"

      Seçin:    "Avropanın “enerji intiharı”nın uzunmüddətli nəticələri olacaq"
  18 İyun 2022    Oxunub:1347
Avropanın hazırda törətdiyi “enerji intiharı” uzunmüddətli nəticələrə gətirib çıxaracaq. Artıq onların iqtisadi potensialında azalma da müşahidə olunur.AzVision.az xəbər verir ki, bunu “Rosneft”in rəhbəri İqor Seçin
- Biz artıq Avropanın iqtisadi potensialının azalması, rəqabət qabiliyyətinin itirilməsi və investorlar üçün birbaşa itkiləri müşahidə edirik. Belə ki, Fransada CAC 40 fond indeksi 18%, Almaniyada DAX indeksi 19%, İtaliyada isə 22% ucuzlaşıb. Ümumilikdə üç Avropa ölkəsində investorlar artıq təxminən 1,6 trilyon dollar itiriblər, - Seçin qeyd edib.

“Rosneft”in rəhbəri bildirib ki, Avropanın rəqabətə davamlılıq səviyyəsini Rusiya neft və qazından imtina etməsi də sarsıdıb və bu, onu dünyada enerjinin ən yüksək qiymətinə malik regiona çevirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Enerji   Avropa  



Xəbər lenti