İsveç XİN Stokholmda PKK-nın təsvirlərini pislədi

İsveç XİN Stokholmda PKK-nın təsvirlərini pislədi
  18 İyun 2022    Oxunub:845
İsveç Xarici İşlər Nazirliyi (XİN) Stokholmda Kürdüstan Fəhlə Partiyası (PKK) terror qruplaşmasının loqotipinin proyeksiyaları olan təsvirləri pisləyib.
İsveç Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə yayılmış təsvirlər barəsində rəsmi bəyanatla çıxış edib. Həmin təsvirlərdə PKK terror təşkilatının loqotipinin Stokholmun müxtəlif görməli yerlərində proyeksiyalarını görmək olar.

İsveç Xarici İşlər Nazirliyində bildiriblər ki, həmin təsvirlərin yayılması İsveçin NATO-ya daxil olması barədə müraciətinə mane olmaq törədilməsi məqsədilə qəsdən təşkil edilən qərəzli kampaniyadır.

XİN-nin bəyanatında zəruri tədbirlər görülməsi qeyd edilərək deyilir: “Bizim əlimizdə olan məlumatlar və təsvirlər belə güman etməyə əsas verir ki, onlar saxlaşdırılıb və guya İsveçin PKK-nı dəstəkləməsini göstərmək üçün sosial şəbəkələrdə yayılıb”.

Məktubda daha sonra deyilir: “İsveç terror təşkilatı olan PKK-nı, habelə terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir. Xarici işlər naziri Ann Linde PKK-nı heç vaxt dəstəkləməyib və saxtalaşdırılmış videonu qətiyyətlə rədd edir”.


AzVision.az



Teqlər:



Xəbər lenti