Venesuela Avropaya göndəriləcək ilk neft partiyasını hazırlayıb

 Venesuela Avropaya göndəriləcək ilk neft partiyasını hazırlayıb
  18 İyun 2022    Oxunub:2055
Venesuela tezliklə Avropaya 650 min barel həcmində neft göndərəcək.
Bu barədə “Reuters” “Refinitiv Eikon” məlumat təhlili və maliyyə bazarları infrastruktur mərkəzinə istinadən xəbər verir. Qeyd olunur ki, Venesuela neftini İtaliyanın “Eni” şirkətini alacaq. Bu, son iki ildə ABŞ-ın sanksiyaları altında olan Venesueladan Avropaya ilk xam neft nəqli olacaq. Daha sonra Latın Amerikası ölkəsi öz neftini İspaniyanın “Repsol” şirkətinə göndərəcək.

Birləşmiş Ştatlar 2022-ci ilin iyul ayında Venesuelaya İtaliyanın “Eni SpA” və İspaniyanın “Repsol SA” şirkətlərinə neft satmağına icazə verib. Bundan başqa, Vaşinqton Venesuelada ABŞ və Avropa neft şirkətlərinin işinə mane olan sanksiyaları ləğv edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Neft  



Xəbər lenti