Ukraynanın döyüş itkiləri: 206 təyyarə,1241 PUA, 3613 tank

   Ukraynanın döyüş itkiləri:    206 təyyarə,1241 PUA, 3613 tank
  18 İyun 2022    Oxunub:908
Ötən gün Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus Su-25 hücum təyyarəsini, bir Mi-24 helikopterini və səkkiz pilotsuz təyyarəni vurub. Xerson, Xarkov, Zaporojye vilayətlərində səkkiz Ukrayna PUA-sı zərərsizləşdirilib
"Neft emalı müəssisələrini məhv etmişik" - Rusiyalı general
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov məlumat verib. Qeyd edilir ki, həmçinin dörd “Toçka-U” raketi və "Uraqan" reaktiv raket sistemindən atılan 24 raket sıradan çıxarılıb.

- Ümumilikdə, xüsusi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukraynanın 343 zenit-raket kompleksini, 206 təyyarəsini, 132 helikopterini, 1241 pilotsuz uçuş aparatını, 3613 tankı və digər zirehli döyüş texnikasını, 547 reaktiv yaylım atəşi sistemini, 2032 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 3687 ədəd xüsusi təyinatlı hərbi texnikanı məhv edib, - general deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti