Həcc ziyarətində zəvvarlar üçün yeni qaydalar açıqlanıb

   Həcc ziyarətində zəvvarlar üçün    yeni qaydalar açıqlanıb
  19 İyun 2022    Oxunub:2038
İkiillik COVID-19 pandemiyasından sonra əcnəbi zəvvarları qəbul edən Səudiyyə Ərəbistanı Həcc ziyarətində yeni qaydaları açıqlayıb.
AzVision.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcərül Əsvəd (Qara daş) ilə Kəbə qapısı arasındakı “mültəzəm” və ya “İbrahim məqamı” deyilən yerdə baryerlər qoyulur. Bu səbəbdən, əvvəllər Kəbənin divarlarına sifətlərini toxunduraraq dua edən zəvvarlar bunu edə bilməyəcək. Yeni qaydaların gigiyenik tədbirlər çərçivəsində qoyulduğu bildirilib.

Səudiyyə Ərəbistanı artıq iyulun 7-dən 12-dək keçiriləcək Həcc ziyarətində iştirak edəcək zəvvarları qəbul edir.

AzVision.az


Teqlər:



Xəbər lenti