İsrail Prezidenti Ərdoğana təşəkkür edib

  İsrail Prezidenti Ərdoğana təşəkkür edib
  19 İyun 2022    Oxunub:1030
Prezident Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqla telefon danışığı aparıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Prezidentlər görüş zamanı Türkiyə-İsrail əlaqələri və regional məsələləri müzakirə ediblər.

Bundan əlavə, tərəflər terrorla mübarizə və təhlükəsizlik mövzusunda dialoqun davam etdirilməsi, sülh və sabitlik üçün əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

İsrail Prezidenti Türkiyənin terrorla mübarizə səylərinə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

AzVision.az



Teqlər:



Xəbər lenti