Paşinyanı təhqir edənlər güllələndi: İki ölü

    Paşinyanı təhqir edənlər güllələndi:   İki ölü
  20 İyun 2022    Oxunub:1010
Ermənistanın Araqasotn rayonunun Niqavan kəndində atışma olub. Bu barədə AzVision.az “NEWS.am”a istinadən xəbər verir. Atışma zamanı 7 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan ikisi orada ölüb.
Polis insidentin məişət zəminində baş verdiyini bildirib. Ölənlərdən biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Atışma zamanı həlak olan daha bir nəfər - Amayak Mikaelyan isə hərbi qulluqçu olub.

"Politik.am" isə bildirib ki, "Vətəndaş sazişi" Partiyasının üzvlərindən biri Baş nazir Nikol Paşinyanı təhqir edən gəncləri atəşə tutub. Nəşrin məlumatına görə, atışma zamanı "Kalaşnikov" avtomatından istifadə edilib.


AzVision.az


Teqlər:



Xəbər lenti