Ukraynalı həkim 8 hərbçini əsir götürdü - VİDEO

 Ukraynalı həkim 8 hərbçini əsir götürdü -  VİDEO
  20 İyun 2022    Oxunub:3295
Ukrayna müharibəsində maraqlı hadisə yaşanıb. AzVision.az xəbər verir ki, həkimlərdən biri cəbhədə səkkiz rus hərbçisini əsir götürüb. Bu qeyri-adi hadisənin təfərrüatlarını Ukrayna Silahlı Qüvvələrinin 95-ci əlahiddə desant-hücum briqadasının zabiti Yuri Koçevenko Twitter-də açıqlayıb.
Katapult edən rus pilot əsir düşdü - VİDEO
Qeyd edilir ki, onlar üçün yeni formalar gətirilibmiş və Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri onları əraziyə qoyaraq yenidən öz mövqelərinə qayıdıblar. Sonradan həkim özünə bir geyim götürmək üçün həmin əraziyə qayıtmaq qərarına gəlib. O, səkkiz rus hərbçisinin Ukrayna ordusunun geyimində dolaşdığını görüb.

"Həkim işğalçılardan birinin ayağından vurub, qalanları isə təslim olublar. Nəticədə həkim səkkiz nəfəri əsir götürdü",- Koçevenko yazıb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rus   Əsir   Həkim   Hərbçi  



Xəbər lenti