Ukrayna Ordusu Xersonda rus hərbçiləri geri qovub

Ukrayna Ordusu Xersonda rus hərbçiləri geri qovub
  20 İyun 2022    Oxunub:1005
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində rus hərbçilərini birinci müdafiə xəttindən geri qovublar. AzVision.az xəbər verir ki, bu barədə Xerson rəhbərinin müşaviri Sergey Xlan məlumat yayıb.
Ukraynalı həkim 8 hərbçini əsir götürdü - VİDEO
Onun sözlərinə görə, Rusiya ordusu hazırda ikinci və üçüncü müdafiə xəttində möhkəmlənir. Bundan başqa, Ukrayna Silahlı Qüvvələri arxa cəbhədə yerləşən anbarlara dəqiq zərbələr endirib.

- Novaya Kaxovkada ard-arda üç dəfə düşmənin silah-sursat anbarlarına məqsədyönlü zərbələr endirilib, - Xlan deyib.

O qeyd edib ki, Sofiyevka və Davidov Brod kəndi yaxınlığında əks-hücum əməliyyatları reallaşdırılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Xerson   Cəbhə  



Xəbər lenti