Tatlısəs oğlu haqqında: "Güllələndiyim gün seyfi yardı"

 Tatlısəs oğlu haqqında:    "Güllələndiyim gün seyfi yardı"
  20 İyun 2022    Oxunub:1204
Tanınmış türkiyəli müğənni İbrahim Tatlısəs keçmiş həyat yoldaşı Adalet Sara və oğlu Ahmet Tatlısəs haqqında səs-küylü açıqlama verib. Bir müddətdir oğlu Ahmet Tatlısəslə qalmaqal yaşayan müğənni 'Beyaz Maqazin' proqramına telefonla qoşulub. O, keçmiş həyat yoldaşını və oğlunu qınayan fikirlər bildirib.
"45 ildir ayrılmışam. Bu müddət ərzində onlara pul ödəyirəm, ödəməsəm, şirkəti qarışdırırlar. Oğluna 7 dükan vermişəm. Onların hamısını batırdı. Mənim heç bir övladım peşman olmayıb, onları peşman etməmişəm. Ən böyük xəyanəti edən oğlum dediyim Ahmet etdi. Ən gözəl dükanları verdim ona, ancaq məhv etdi. İstədikləri hər şeyi etdim. Varımı, yoxumu verirəm, ancaq yenə qurtula bilmirəm. Artıq bezmişəm. Səhhətimlə əlləşim, yoxsa onlarla məşğul olum? Mənə bir az mərhəmət edin.

Övladlarımın heç birinə laqeyd olmaram. Ən böyüyündən başqa... Bir adama yeddi dükan verəsən, hamısını batıra .. Adını eşitmək belə istəmirəm.

Mən vurulan zaman o şirkətə gedib seyfi yardı. Xəyanət etdi mənə. Niyə digər övladlarım etmir, o edir?".

Müğənni oğlunun anası Adalet Saraya da müraciət edib.

"Adalet xanım, sənin mənim üzərimdə hansı haqqın var? Üç min lirə verirəm, mənzil verdim, yaşayırsan.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti