Boris Conson burnundan əməliyyat olunub

   Boris Conson burnundan əməliyyat olunub
  20 İyun 2022    Oxunub:1121
Böyük Britaniyanın baş naziri Boris Conson əməliyyat olunub.
Britaniya hökuməti başçısının rəsmi nümayəndəsinin mətbuata verdiyi məlumata görə, Conson burun sinuslarında planlı əməliyyat keçirib. Onun sözlərinə görə, bu, ümumi anesteziya altında aparılan adi əməliyyat olub. Bildirilib ki, yerli vaxtla səhər saat 6:00 radələrində Conson xəstəxanalardan birinə gedib və saat 10:00 radələrində "Downing Street"ə qayıdıb.

Böyük Britaniya baş nazirinin nümayəndəsi onu da əlavə edib ki, B. Conson iyunun 21-də öz vəzifəsinə qayıdacaq. O vaxta qədər lazım gələrsə, hər hansı əhəmiyyətli qərarlar baş nazirin müavini - ədliyyə naziri Dominik Raab tərəfindən qəbul ediləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti