Rusiya itikilərə görə ehtiyatda olan zabitləri də orduya çağırır

   Rusiya itikilərə görə ehtiyatda olan zabitləri də orduya çağırır
  21 İyun 2022    Oxunub:1467
Rusiya əhəmiyyətli itkilər səbəbindən ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb edir. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook səhifəsində məlumat yayıb.
Ukrayna Ordusu Xersonda rus hərbçiləri geri qovub
“Əldə olunan məlumata görə, hava-desant qoşunlarının komandanlığında xeyli itkilər verilməsi nəticəsində düşmən üç ay müddətinə qısamüddətli müqavilələr bağlamaq şərti ilə ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb etməyə məcbur olub”, - məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bir müddət əvvəl Donbasda gərgin döyüşlərin davam etdiyini açıqlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti