Ukrayna Ordusu rusları sıxışdırıb: Qoşun Xersona doğru irəliləyir

   Ukrayna Ordusu rusları sıxışdırıb:    Qoşun Xersona doğru irəliləyir
  21 İyun 2022    Oxunub:796
Ukrayna hərbçiləri rus qoşunlarını ikinci və üçüncü müdafiə xəttindən sıxışdıraraq müvəqqəti işğal olunmuş Xersona doğru uğurla irəliləyirlər. AzVision.az xəbər verir ki, bu barədə “Kanal 24”ə "Cənub" təhlükəsizlik və müdafiə qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk məlumat verib.
Rusların komanda-müşahidə məntəqəsini havaya uçurdular- VİDEO
- Qoşunlarımızın cənubda, Xerson istiqamətində hərəkətləri kifayət qədər uğurludur. İşğalçılar üçün çox çətin durum yaranıb. Artıq qüvvələr ikinci və üçüncü müdafiə xəttinin təşkilinə sərf olunub, ehtiyatdan istifadə etməliyik - Qumenyuk deyib.

Gumenyuk ukraynalıları hərbçilərin rəsmi açıqlamalarını gözləməyə və Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun təfərrüatları barədə məlumat verməməyə çağırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti