Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub. Hörmüzgan ostanının Fövqəladə Hallar Departamentinin rəhbəri Mehrdad Həsənzadə dövlət televiziyasına 3 nəfərin öldüyü və 8 nəfərin yaralandığı barədə məlumat verib.
Lakin yerli media hakimiyyət orqanlarına istinadən baş verən zəlzələdə 5 nəfərin həlak olduğu, daha 44 nəfərin xəsarət aldığını yazıb.
AzVision.az