"Rusiya Belarusdan zərbələr vura bilər" - Ukrayna Ordusu

   "Rusiya Belarusdan zərbələr vura bilər" -    Ukrayna Ordusu
  05 İyul 2022    Oxunub:1112
Belarus ərazisindən Ukraynaya raket zərbələrinin endirilməsi ilə bağlı təhlükələr qalmaqdadır. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.
Rusiyanın mühüm silah-sursat anbarı vurulub - VİDEO
"Volın və Polesye istiqamətlərində vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişməyib. Düşmənin(Rusiya-red.) Belarus Respublikasının ərazisindən və hava məkanından raket və hava zərbələri endirmək təhlükəsi qalmaqdadır", - məlumatda deyilir.

Seversk istiqamətində hücum qrupunun yaradılmasına dair isə heç bir əlamətlərin olmadığı qeyd edilir.

"Düşmən Mxi yaşayış məntəqələri, Çerniqov vilayətində dəmir körpü və Sumı vilayətində Şalıqino şəhərləri ərazilərində minaatanlardan hücumlar həyata keçirib. O, Mi-24 helikopterindən Esman qəsəbəsi yaxınlığındakı məktəb binasına hava zərbələri endirib”, - Baş Qərargahın məlumatında qeyd edilib.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Belarus   Ukrayna   Rusiya  



Xəbər lenti