Rusiyanın mühüm silah-sursat anbarı vurulub - VİDEO

   Rusiyanın mühüm silah-sursat anbarı vurulub -    VİDEO
  05 İyul 2022    Oxunub:897
İyulun 5-nə keçən gecə ukraynalı hərbçilər Luqansk vilayətinin Kadievka şəhərində rusların silah-sursat anbarını məhv ediblər. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Pilotlar inanılmaz manevrlərlə zərbələr endirdilər - VİDEO
Kəşfiyyat mənbələrinə istinad edən "Kanal 24" yazır ki, Sursatlarla dolu anbar təxminən iki saat partlayıb. Sosial şəbəkələrdə də partlayışlarla müşayiət olunan yanğının foto və videoları yayımlanıb.

Bu mühüm hərbi obyektin Popasnaya - Severodonetsk - Lisiçansk - Baxmut istiqamətində mərmi tədarükü üçün əsas anbarlardan biri olduğu qeyd edilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Anbar  





Xəbər lenti