Çin: "Tayvanı hərbi yolla geri almağa hazırıq"

      Çin:    "Tayvanı hərbi yolla geri almağa hazırıq"
  08 İyul 2022    Oxunub:1581
Çin Müdafiə Nazirliyi amerikalı senator Rik Skotun Tayvan adasına səfərindən sonra bəyanat yayıb. AzVision.az xəbər verir ki, bəyanatda Pekinin istənilən vaxt Tayvanı geri almağa hazır olduğu açıqlanıb.
Asian Times: “ABŞ və NATO uzunmüddətli münaqişəyə hazır deyil”
Ordunun sözçüsü Vu Qian qeyd edib ki, Çin silahlı qüvvələri milli suverenliyi qorumaq üçün hər an hərbi əməliyyatlara başlaya bilər.

- ABŞ-ın bu cür davranışları “vahid Çin” prinsipini ciddi şəkildə pozur. Biz buna kəskin şəkildə etiraz edirik. Çin Xalq Azadlıq Ordusu hər zaman müharibəyə hazırdır. Biz istənilən vaxt hərbi əməliyyatlara başlaya bilərik və ölkəmizin milli suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə qoruyacağıq, - hərbçilər əlavə edib, - Vu Qian deyib.

Vu Qianın sözlərinə görə, Çin ordusu kənar müdaxilələrə və “Tayvan separatçılarının qondarma Tayvanın müstəqilliyinə nail olmaq cəhdlərinə” son qoyacaq.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Çin   Tayvan  



Xəbər lenti