Azərbaycanda 5,2 milyon sosial media istifadəçisi var – Səadət Yusifova

   Azərbaycanda 5,2 milyon sosial media istifadəçisi var –    Səadət Yusifova
  21 İyul 2022    Oxunub:1800
“Rəqəmsallaşma, informasiya və kommunikasiya sahəsində baş verən texnoloji dəyişiklər həm də dəyərlər sistemin çox qısa zamanda kəsiyində - bir nəsil daxilində transformasiyasına gətirib çıxarır. Sosial şəbəkə platformaları timsalında media-ünvan ilə xəbəri yaradan arasında vasitəçinin aradan qalxması yeni identifikasiya üsullarının yaranmasına gətirib çıxarır”.
Bu sözləri “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib. O bildirib ki, müasir dünya media bazarının monopoliyasına əsaslanan korporatkratiya, eksterritorial media qruplarının unifikasiya siyasəti informasiya məhsulunu hamıya əlçatan etsə də, eyni zamanda, əks reaksiya doğurur və mədəni proteksionizmi gücləndirir. Bu təhlükəni görən dövlətlər media bazarının rəqabət qabiliyyətliliyini təmin etməyə, milli özünəməxsusluğu qorumağa çalışır.

"Sosial medianın doğurduğu fenomen - informasiyanın şəxsiləşməsi reklamın da şəxsiləşməsinə gətirib çıxarır və nəticədə sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatları əsasında qurulan data bazaların media və reklam biznesinin idarə edilməsində və müvafiq olaraq, müxtəlif siyasi manipulyasiyalarda rolu durmadan artır. Data bazaların konfidensiallığının qorunması məsələsi gündəmə gəlir və bu sahədə qaydalar sərtləşdirilir. Saxta xəbərlərlə mübarizə peşəkar jurnalitikaya ehtiyacı artırır.
Süni intellekt, yarımavtomatik vizual jurnalistika üçün imkanlar açan DALL-E süni itellekt proqramı, kontetin idarə olunmasında yeni modul yanaşmalar, Virtual Rellıq, Əlavə reallıq, metadünya, Web3, 5G texnologiyası, криптография, kriptovalyutalar, NFT və digər innovasiyalar artıq “gələcək nəslin” texnologiyası deyil, bütün səviyyələrdə bu gün məlumatın toplanması, emalı və yayılması işinin tərkib hissəsinə çevrilir”,- Səadət Yusifova vurğulayıb.
Pandemiya medianı da "xəstələndirib"

O həmçinin əlavə edib ki, beynəlxalq təşkilatlar və dövlətlər iri texnologiyalar üzərində nəzarəti gücləndirməyə çalışsalar da, növbəti nəsil texnologiyaları arıtq yeni informasiya – kommunikasiya imkanları açmaqla, cəmiyyət qarşısında hüquqi tənzimləmə, jurnalist və media subyektlərinin məsuliyyətinin artırılması, sosial media platformalarının daxili tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı həlli vacib yeni vəzifələr qoyur. Jurnalistlərin sosial media inflüenserlərinə çevrilməsi və ictimai rəyə təsiri jurnalist biznesinin formalaşmasına gətirib çıxarır. Sosial şəbəkə platformalarında qısa video və audioformatların-saundbitlərin populyarlığının getdikcə artması lakonik informasiyaların üstünlük təşkil etməsini, medianın sosial media formatına daha sürətli adaptasiyasını, informasiyanın təqdimatını getdikcə dəyişdirir.

“Hər zaman İKT sahəsində innovasiyaların tətbiqi məsələsinə xüsusi önəm verən Azərbaycan bu trendlərdən kənarda qala bilməz. 2022-ci il statistikasına görə, ölkə əhalisinin 81,1%-nin (8,32 milyon) internetə çıxışı var. Onlardan 5,2 milyon fəal sosial media istifadəçisidir. Ən populyar sosial media platformaları Facebook, İnstagram, Tik-tok, Youtube, Tviter, Pinterest, Telegram-dır. Bu baxımdan Azərbaycan öznünün informasiya-kommunikasiya siyasətini daha çevik yanaşmalar tətbiq etməklə, daxili və xarici istiqamətlərdə 3 komponentin birgə vəhdəti üzərində qurmalıdır: bu informasiya siyasəti, informasiya təhlükəsizliyi və kommunikasiyadır. Yalnız kompleks yanaşma tətbiq etməklə uğurlu informasiya-kommunikasiya işini qurmaq olar”,- deyə Səadət Yusifova fikirlərini tamamlayıb.



Teqlər:   MEDİA  



Xəbər lenti