"Ukraynanın iki briqadası ağır itkilər verib" - Rusiya Müdafiə Nazirliyi

"Ukraynanın iki briqadası ağır itkilər verib" -    Rusiya Müdafiə Nazirliyi
  29 İyul 2022    Oxunub:1487
Rusiya Silahlı Qüvvələri Çerniqov vilayətində Ukrayna qoşunlarının 57-ci motoatıcı briqadasına dəqiq idarə olunan raket zərbələri endirib. Nəticədə briqada ciddi itki verib.
"Azov" əsirlərinin olduğu təcridxana vuruldu: 40 ölü
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əlavə, məlumatda o davurğulanır ki, Ukrayna Silahlı Qüvvələrinin Kiyev və Çerniqov vilayətlərindəki ehtiyat qüvvələrinə yüksək dəqiqlikli dəniz, hava və yerüstü silahlardan hücumlar təşkil olunub. Nəticədə Donbasa göndərilməyə hazırlaşan 30-cu mexanikləşdirilmiş briqada döyüş qabiliyyətini tamamilə itirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti