"Azov" əsirlərinin olduğu təcridxana vuruldu: 40 ölü

   "Azov" əsirlərinin olduğu təcridxana vuruldu:    40 ölü
  29 İyul 2022    Oxunub:1371
Ukrayna əsgərləri məhbuslarının saxlandığı Donetskin Yelenovka şəhərindəki təcridxanaya "HIMARS"la zərbələr endiriblər. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gecə Kiyev rejimi qəsdən qanlı təxribat törədib. Ukrayna hərbi əsirlərinin, o cümlədən "Azov" birləşməsi yaraqlılarının saxlanıldığı istintaq təcridxanasına Amerikanın "HIMARS" reaktiv yaylım atəşi sistemindən raket hücumu həyata keçirilib”, - Nazirliyin məlumatdında deyilir.

Həmçinin bildirilir ki, raket zərbələri nəticəsində 40 ukraynalı hərbi əsir ölüb, 75 nəfər isə yaralanıb. Bundan başqa təcridxananın 8 əməkdaşı da yaralanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Azov   Əsir   Ukrayna   Rusiya  



Xəbər lenti