|
| Erməni siyasətçinin atası müəmmalı şəkildə yoxa çıxdı |
"Hüquq-mühafizə orqanları sabiq deputat və tanınmış siyasətçi Xaçatur Kokobelyanın atasını hələ də tapa bilmirlər. Bu gün üçüncü gündür ki, aidiyyəti qurumların əməkdaşları onu axtarırlar. İstintaq Komitəsi eks-deputat Xaçaturun valideyninin itkin düşməsi ilə bağlı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsi - başqasının həyatına son qoyma və ya qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıb. Hüquq-mühafizə sistemində məlum olayla bağlı müxtəlif fərziyyələr irəli sürülür və istintaqa xələl gətirməmək üçün hələ ki, bu fərziyələri dərc etmirik”, - nəşr yazıb.
Bəzi saytlar yaşlı adamın özünün evdən getməsi ehtimalını irəli sürsələr də, müxalif nəşrlər cinayət işinin siyasi sifariş olmasını istisna etmirlər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


