Erməni siyasətçinin atası müəmmalı şəkildə yoxa çıxdı

   Erməni siyasətçinin atası müəmmalı şəkildə yoxa çıxdı
  28 İyul 2022    Oxunub:1864
Ermənistanın tanınmış siyasətçilərindən olan Xaçatur Kokobelyanın atası müəmmalı şəkildə yoxa çıxıb. AzVision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, hazırda aidiyyəti qurumlar tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

"İyulun 27-dən səhər saat 07:00-dan Fövqəladə Hallar Nazirliyinin İcevan rayon 62 saylı Yanğından Mühafizə Hissəsinin xilasediciləri, eləcə də İcevanın polis və cinayət axtarış şöbəsinin əməkdaşları Açacur kəndinə bitişik meşələrdə axtarış işləri aparırlar. Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, İcevan polis şöbəsinə Açacur kənd sakinlərindən biri atası, 86 yaşlı Qrişa Kokobelyanın yoxa çıxması barədə məlumat verib. Şamşyanın sözlərinə görə, axtarışda olan Q.Kokobelyan məşhur siyasətçi Xaçatur Kokobelyanın atasıdır", - saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti