Hikmət Hacıyev BMT-nin ali rəhbərliyini sərt qınadı

   Hikmət Hacıyev BMT-nin ali rəhbərliyini sərt qınadı
  27 Avqust 2022    Oxunub:956
Azərbaycan dünyada ən nadir və ən dəhşətli postmünaqişə şəraiti ilə üzləşib. Təəssüf ki, Azərbaycana münasibətdə BMT və onun alt institutları tərəfindən hər hansı bir genişmiqyaslı fəaliyyət yoxdur. BMT-nin ali rəhbərliyi tərəfindən münaqişə başa çatandan sonra regiona hələ də heç bir səfər edilməyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Şuşada jurnalistlərə açıqlamasında danışıb.

O vurğulayıb ki, normalda 30 ildən çox davam edən, bu qədər humanitar fəlakətlərə, faciələrə səbəb olmuş postmünaqişə şəraitində BMT-nin ali rəhbərliyi səviyyəsində regiona səfər həyata keçirilməsi, bu münaqişənin həll olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi faktları təqdir edilməli idi:

"Təəssüf ki, biz BMT rəhbərliyi tərəfindən, - necə ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələri masa üzərində qaldı, - bu məsələdə də hər hansı bir ciddi fəaliyyət müşahidə etmirik".

AzVision.az



Teqlər:



Xəbər lenti