Sumqayıtda gənc həmyaşıdını bıçaqlayıb öldürdü

Sumqayıtda gənc həmyaşıdını bıçaqlayıb öldürdü
  27 Avqust 2022    Oxunub:964
Avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan AzVision.az -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti