Kürdə suyun səviyyəsi azalıb

Kürdə suyun səviyyəsi azalıb
  27 Avqust 2022    Oxunub:1301
Avqustun 27-də Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb, Lənkərançayın Sifidor, Viləşçayın Şıxlar, o cümlədən Böyük Qafqazın ərazisindən axan Qusarçayın Kuzun, Vəlvələçayın Təngəaltı və Kiçik Qafqazın ərazisindən axan Kürəkçayın Çaykənd, Gəncəçayın Zurnabad məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Zəyəmçayın Ağbaşlar məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 95 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 78 faizinə bərabərdir. Hazırda sululuq keçən illə müqayisədə 22 faiz çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 10,2 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 15 faizinə bərabərdir. Hazırda sululuq keçən illə müqayisədə 92 faiz çoxdur.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 373 santimetr, su sərfi isə 131 kubmetr/saniyə olub, Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 155 santimetr təşkil edib, Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 87 santimetr, su sərfi isə saniyədə 19,5 kubmetrə bərabər olub.

AzVision.az



Teqlər:



Xəbər lenti