“Neft Daşları”nda istismar quyusunda açıq fontan ləğv edilib

   “Neft Daşları”nda istismar quyusunda açıq fontan ləğv edilib
  28 Avqust 2022    Oxunub:2157
SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyasından AzVision.az -a verilən məlumata əsasən, “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda qeydə alınan açıq fontan tam lokallaşdırılıb və quyu bağlanılaraq nəzarətə götürülüb.
Fontanın ram edilməsi prosesində "Neft Daşları" NQÇİ-nin, SOCAR-ın Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupu və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən bütün texniki və təşkilati tədbirlər vaxtında və keyfiyyətlə həyata keçirilib.

Hadisə nəticəsində yanğın baş verməyib, xəsarət alan olmayıb.
***
16:25
Bu gün səhər saatlarında “Azneft” İB-nın “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda aparılan təmir işləri zamanı quyu açıq fontana keçib.
Bu barədə AzVision.az “Azneft” İB-ə istinadən xəbər verir.

Hadisə nəticəsində xəsarət alan olmayıb və yanğın qeydə alınmayıb.

Meydançada işlək quyuların fəaliyyəti dayandırılıb, orada işləyən əməkdaşlar təhlükəsiz əraziyə uzaqlaşdırılıb və bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Fontanın ram edilməsi istiqamətində, SOCAR-ın, Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupunun və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən texniki və təşkilati tədbirlər davam etdirilir.

Hadisə ilə əlaqədar, SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyası prosesi Baş ofisin Böhran Mərkəzində qaydalara uyğun olaraq idarə edir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti