FHN-in təyyarəsi qəza enişi edib

   FHN-in təyyarəsi qəza enişi edib
  28 Avqust 2022    Oxunub:806
Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Lənkəranda qəza enişi edib .
Bu barədə AzVision.az FHN-ə istinadən xəbər verir.

Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.

Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.

Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti