Zaqatalada yanğın başlayıb - FOTOLAR

   Zaqatalada yanğın başlayıb -    FOTOLAR
  30 Avqust 2022    Oxunub:1836
Zaqatalanın Mişleş kəndi ərazisində, dağlıq hissədə yanğın başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az - a verilən məlumata görə, yanğın rayonun Mişleş kəndi ərazisində yerləşən yüksəklikdə qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə texnika və şəxsi heyət cəlb edilib. ETSN əməkdaşları da yanğının söndürülməsində iştirak edirlər.

Hazırda yanğın davam edir.















AzVision.az


Teqlər:



Xəbər lenti