İlham Əliyev: "İtaliya ilə çox güclü siyasi-iqtisadi əlaqələr mövcuddur"

      İlham Əliyev:    "İtaliya ilə çox güclü siyasi-iqtisadi əlaqələr mövcuddur"
  01 Sentyabr 2022    Oxunub:881
"İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır: "Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb".

AzVision.az


Teqlər:



Xəbər lenti