“Atasığorta”nın sədri işdən çıxdı

   “Atasığorta”nın sədri işdən çıxdı
  02 Sentyabr 2022    Oxunub:660
“Atasığorta” ASC-nin İdarə Heyətinin sədri Orxan Məmmədov işdən ayrılıb.
AzVision.az xəbər verir ki, onun yerinə hələlik təyinat yoxdur. Sədr vəzifəsini müvəqqəti olaraq sədr müavini Xətai İsmayılov icra edir.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

AzVision.az


Teqlər:



Xəbər lenti