Bakı və Abşeronda 60 mindən çox ağac əkiləcək

Bakı və Abşeronda 60 mindən çox ağac əkiləcək
  03 Sentyabr 2022    Oxunub:892
Bu ilin payız əkini mövsümündə Bakı və Abşeron yarımadasında “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC tərəfindən 120 hektar sahədə 60 mindən çox ağacın əkilməsi nəzərdə tutulub.
Cəmiyyətin sədr müavini Söhrab Abbasov bildirib ki, 2022-ci ilin yaz ağac əkini mövsümündə isə Bakı və Abşeron yarımadasında 64 hektar sahədə 28 mindən artıq ağac əkilib. Əkilən ağac tingləri “Azəryaşlandşaft” ASC-nin tinglik sahəsində yetişdirilib.

S.Abbasov ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, təbiətsevərləri payız əkini mövsümündə bu nəcib təşəbbüsə qoşulmağa və ağacəkmə tədbirlərində yaxından iştiraka dəvət edib.

AzVision.az



Teqlər:



Xəbər lenti