"İtaliya bizim əsas ticarət tərəfdaşımızdır" - Dövlət başçısı
“Əlbəttə, bu gün Bakını İtaliya sahilləri ilə birləşdirən 3500 kilometrlik enerji körpüsü enerji təhlükəsizliyi körpüsüdür. Bu, təkcə İtaliyaya şamil edilmir. Əminəm ki, İtaliya Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacaqdır.
Beləliklə, burada enerji seqmenti, iqtisadiyyat və ticarətin inkişafı mövzuları var. İtaliya bizim əsas ticarət tərəfdaşımızdır. Bundan başqa, təhsil, mədəniyyət və bir sıra digər sahələr var. Yəni, strateji tərəfdaşlıqla bağlı bəyanat fəaliyyətdədir”, - dövlət başçısı qeyd edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


