Dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş qüvvədən düşüb

   Dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş qüvvədən düşüb
  03 Sentyabr 2022    Oxunub:646
Prezident İlham Əliyev “1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş”in qüvvədən düşməsi barədə” Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.
AzVision.az xəbər verir ki, sənədə əsasən, “1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş”in qüvvədən düşməsi barədə” Protokol təsdiqlənib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti