Daşkəsəndə 15 yaşlı qız odlu silahla intihar edib

 Daşkəsəndə 15 yaşlı qız odlu silahla intihar edib
  03 Sentyabr 2022    Oxunub:963
Daşkəsəndə odlu silahdan açılan atəş nəticəsində həyatını itirən qızın ölüm səbəbi məlum olub.
AzVision.az xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb. Kənd sakini, 2007-ci ildə anadan olmuş Həsənova Günel Əli qızı yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində ölüb.

Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib. Məlumata görə hadisə baş verən zaman yeniyetmə qız evdə tək olub. Onun intihar etdiyi təsdiqlənib.

Faktla bağlı Daşkəsən rayon prokrorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər: Daşkəsən   İntihar  



Xəbər lenti