Ənvər Həsənov xəstəxanadan evə buraxıldı

   Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
  05 Sentyabr 2022    Oxunub:948
Xalq artisti Ənvər Həsənov müalicə olunduğu xəstəxanadan evə buraxılıb.
Bu barədə AzVision.az - a TƏBİB-dən məlumat verilib.

“Xalq artisti Ənvər Həsənovun öz istəyi və həkimlərin tibbi rəyinə uyğun olaraq, müalicəsi həkim müşahidəsi altında evdə davam edəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, avqustun 30-da “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. Onun müalicəsi TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam etdirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti