TƏBİB-dən 13 yaşlı ana ilə bağlı açıqlama

   TƏBİB-dən  13 yaşlı ana ilə bağlı açıqlama
  07 Sentyabr 2022    Oxunub:1177
TƏBİB 13 yaşında ana olan qızla bağlı məlumat yayıb.
AzVision.az quruma istinadən xəbər verir ki, 06.09-2022-ci il tarixində, saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub.

Hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti