Kəlbəcər və Zəngilanda məktəb tikiləcək - SƏRƏNCAM

   Kəlbəcər və Zəngilanda məktəb tikiləcək -    SƏRƏNCAM
  07 Sentyabr 2022    Oxunub:850
Prezident İlham Əliyev Kəlbəcər şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Sərəncama əsasən, Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb.

Prezident İlham Əliyev həmçinin Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında da Sərəncam imzalayıb. Sərəncama əsasən, Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti